Haqqında
Firuzə Məmmədli — Firuzə Nurəddin qızı Məmmədova 1940-cı ildə Azərbaycan Respublikasının Xaçmaz rayonunun Canaxır kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. 1949-1958-ci illərdə Hülövlü kənd orta məktəbində oxumuş və orta təhsilini gümüş medalla başa vurmuşdur. 1955-ci ildə əla təhsil və məktəbyanı təcrübə sahəsində yetişdirdiyi yeni meyvə sortlarına görə Ümumittifaq Kənd Təsərrüfat Sərgisinin bürünc medalına layiq görülmüşdür.
1960-cı ildə Quba Tibb Texnikumuna daxil olmuş və 1963-cü ildə texnikumu əla qiymətlərlə bitirmişdir. 1964-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil — ədəbiyyat fakültəsinə daxil olmuş, 1968-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir.
ardı