“Yazıçı”: Firuzə Məmmədli. “Oğuz Eli” Qəzetinin Ayrıca Buraxılışı

Kitabın adı:      “Yazıçı”: Firuzə Məmmədli. “Oğuz Eli” Qəzetinin Ayrıca Buraxılışı

BookID:            324516

Müəllif:             “Oğuz Eli” Qəzetinin Ayrıca Buraxılışı

ISBN-10(13):                230989786

Nəşrə hazırlayan:          YYSQ – www.kitabxana — Milli Virtual Kitabxana

Nəşr tarixi:        2010

Dil:      Azərbaycanca

e-kitab:             Kitabı yüklə

Qısa məlumat:

“Oğuz Eli” Qəzetinin Ayrıca Buraxılışı. “Yazıçı”: Firuzə Məmmədli

Firuzə Məmmədli yaradılığı haqqında ədəbi-elmi ictimaiyyətimizin düşüncələri, ürək sözləri, arzuları, eləcə də foto albom, şeirlərindən parçalar…

Elmi-filoloji materiallar və məqalələr…

Kitabda müxtəlif müəlliflərin şairə-alim Firuzə Məmmədlinin poetik, elmi, prozaik yaradıcılığına həsr edilmiş elmi məqalələri, eyni zamanda şairənin yaradılığı haqqında ədəbi-elmi ictimaiyyətimizin düşüncələri, ürək sözləri, arzuları, eləcə də foto albom, şeirlərindən parçalar daxil edilib…

YYSQ – www.kitabxana — Milli Virtual Kitabxananın e-nəşri N 57 (2011)

 

“Yazıçı”nın yeni sayı Firuzə Məmmədliyə həsr edilib

 

“Oğuz eli” qəzetinin “Yazıçı” xüsusi buraxılışının növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayı tanınmış şairə, 70 illik yubileyi qeyd edilən Firuzə Məmmədliyə həsr olunub. Üz qabığında şairənin fotoşəkli, “Ürəyim sənə doğru” şeiri, professor Afad Qurbanovun “Firuzə Məmmədlinin elmi yaradıcılığına bir baxış” yazısı yer alıb. Şairənin valideynlərinin və özünün fotoşəklinin verildiyi növbəti səhifədə şair Ələkbər Salahzadə və alim Şamil Salmanovun F.Məmmədli haqqında müxtəlif illərdə söylədikləri fikirlər əks olunub. Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, filologiya elmləri doktoru Tahir Məsiyevin sətirləri F.Məmmədlinin yaradıcılığından, Azərbaycan poeziyasında şairənin rolundan bəhs edir.

 

Şair Fikrət Qoca F.Məmmədlini yaradıcılıq etibarilə gəncləşən şair kimi səciyyələndirib, Səfurə Quliyeva isə onun “Ziyarət” poemasının bədii dəyərlərindən söz açıb. ADPU-nun professoru Buludxan Xəlilov “Şairə və alim taleyi yaşayan insan” məqaləsi, Akif Hüseynlinin və filologiya elmləri namizədi Nəzakət Əzizovanın yazıları da oxuculara təqdim olunub. “Təzəliyin ruhunu yaşadan şairə” məqaləsi filologiya elmləri namizədi Əbülfəz Əzimlinin qələmindən çıxıb. F.Məmmədlini “özünə, sözünə əsərləri ilə nüfuz, hörmət qazandıran yaradıcı şəxsiyyət” adlandıran Arif Əmrahoğlu onun özünəməxsus bir dünya yaratdığını vurğulayıb. Kələntər Kələntərlinin “Sənin poeziyanla fəxr edirəm” yazısı ilə yanaşı nəşrdəki “Canım sevgi…” məqaləsi Vaqif Yusifliyə, “Şair qəlbli alim” isə filologiya elmləri doktoru Fazil Əhmədova məxsusdur. “Heç kimə bənzəməyən Firuzə Məmmədli…” yazısında müəllif Qurban Bayramov F.Məmmədlinin məşhur şeirlərindən birini təhlil edir. ADPU-nun professoru Əzizxan Tanrıverdi Firuzə Məmmədlinin poetik imkanlarını önə çəkib. Filologiya elmləri namizədi Ramin Əhmədovun “Haqqın işığına tapınan misralar”ında F.Məmmədlinin sənətdəki mövqeyi təhlil olunub. ADPU-nun elmi işçisi Bəhram Cəfəroğlunun, həmin universitetin professoru Minəxanım Təkləlinin, filologiya elmləri namizədi Qızqayıt Mustafayevanın, Gülxani Pənahın yazıları da xüsusi buraxılışda təqdim olunub.

 

Sonda Firuzə Məmmədlinin “Bürcüm – taleyim” yazısı verilib. Xüsusi buraxılış müxtəlif illərdə çəkilmiş fotolar, şairənin həyatının fərqli məqamlarını əks etdirən şəkillərlə zəngindir.